Bakıda silahlı şəxs saxlanıldı
    • 7-04-2021, 15:26
    • 356

Bakıda silahlı şəxs saxlanıldı

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.