-
- 27-01-2020, 14:52
- 2 128
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər SAXLANILDI - FOTO - VİDEO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olnaraq götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində, əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.
Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.