Azərbaycanda hərbçi yanaraq ölüb
    • 7-04-2021, 17:11
    • 460

Azərbaycanda hərbçi yanaraq ölüb

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.