-
- 8-04-2021, 10:27
- 397
Koronavirus xəstəsinə ağciyər köçürüldü - DÜNYADA İLK
Yaponiyanın Kyoto Universiteti Xəstəxanasının həkimləri, COVID-19-un səbəb olduğu pnevmoniya fəsadlarından əziyyət çəkən xəstəyə dünyada ilk ağciyər nəqli ediblər.
News24.az NHK-ya istinadən xəbər verir ki, xəstədə ötən ilin sonunda koronavirus səbəbilə ağır pnevmoniya müşahidə edilib. O, bu müddət ərzində ürək və ağciyər funksiyalarını yerinə yetirən ekstrakorporeal membran oksigenləşdirmə (EKMO) cihazına qoşulu vəziyyət olub.
Həkimlər fibrioz nəticəsində zədələnmiş ağ ciyərlərin bərpasının mümkünsüz olduğunu söyləyiblər. Bu zaman qadının həyat yoldaşı və oğlu ona ağciyər bağışlamaq qərarına gəliblər. Əməliyyat 11 saat davam edib.
Qadının hazırda reanimasiyada olduğu, sağalma prosesinin normal gedəcəyi halda 3 ay sonra normal həyata qayıda biləcəyi açıqlanıb.