Koronaviruslu xəstəyə AĞCİYƏR KÖÇÜRÜLDÜ
    • 25-05-2020, 16:03
    • 807

Koronaviruslu xəstəyə AĞCİYƏR KÖÇÜRÜLDÜ

Vyananın Tibb Universitetində Avropada ilk dəfə COVID-19 xəstəsinə ağciyər köçürülüb. 

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, ötən bazar ertəsi, kəskin ağciyər çatışmazlığı olan Avstriya Karintiya sakini 45 yaşlı xəstədə əməliyyat həyata keçirilib.

Bir ay ərzində süni nəfəs aparatına bağlı qalan xəstəyə orqan köçürlməsi ağciyərin fəaliyyətini bərpa etməyin mümkünsüz olduğu anlaşılandan sonra edilib.

Bildirilib ki, hazırda həmin şəxs özünü yaxşı hiss edir və heç bir problemi yoxdur.