Boya fabrikində fəhlə ölümü
    • 8-04-2021, 10:33
    • 547

Boya fabrikində fəhlə ölümü

Aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilmişdir ki, Adəm Usubov  qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb. 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.