Kəramət Böyükçöldən sonra ailə üzvləri də - KORONAYA YOLUXDU

Kəramət Böyükçöldən sonra ailə üzvləri də - KORONAYA YOLUXDU Hadisə
Yazıçı Kəramət Böyükçölün ailə üzvləri koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə K.Böyükçöl "Facebook" hesabında məlumat verib. O bildirib ki, anası və bacısı xəstəxanaya yerləşdirilib: "İkisinin də halı yaxşı deyil. Adam özünü o qədər əlacsız və çarəsiz hiss edir. Özüm yadımdan çıxmışam. Bilmirəm necəyəm. Özümü çıxıram, mənə nə olur olsun, Allah, Azərbaycan səhiyyəsi, həkimlər, acizanə şəkildə xahiş edirəm, anam da, bacım da, sağ-salamat evə qayıtsınlar".