Əhali siyahıya alınacaq
    • 26-10-2018, 17:19
    • 872

Əhali siyahıya alınacaq

"Gələn ilin oktyabr ayında ölkədə əhalinin siyahıya alınması keçiriləcək və bununla bağlı hazırlıq işləri görülür".

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, oktyabrın 1-dən 10-dək Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib.

T.Budaqov vurğulayıb ki, burada metodoloji materiallar, siyahıyaalınma vərəqələrinin nə dərəcədə müasir tələblərə uyğunluğu yoxlanılır:

"Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir".