-
- 12-04-2021, 11:45
- 491
Bərdədə ad günü məclisi keçirən şəxslər cərimələndi
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayonun Həsənqaya kənd sakini Bakir Sadıqovun yaşadığı evdə qonaqların iştirakı ilə nəvəsinə ad günü məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.