Hacıqabulda toy məclisinə görə 2 nəfər cərimələndi
    • 12-04-2021, 10:56
    • 464

Hacıqabulda toy məclisinə görə 2 nəfər cərimələndi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Qarasu kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.