Göygöldə qəzada 3 azyaşlı yaralandı
    • 12-04-2021, 12:02
    • 390

Göygöldə qəzada 3 azyaşlı yaralandı

Göygöldə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin çıxışında, Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib.

Hərəkətdə olan “Hyundai” və “VAZ- 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 yaşlı Bahar Elnur qızı Hüseynzadə, 2 yaşlı Uğur Seymur oğlu Hüseynzadə və başqa bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.