Göygöldə yol qəzası baş verdi Azyaşlı xəsarət aldı
    • 31-07-2019, 23:07
    • 941

Göygöldə yol qəzası baş verdi Azyaşlı xəsarət aldı

Göygöldə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ 2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər yaralanıb.

Yaralılar Yeni Qızılca kənd sakini, 1959-cu il təvəllüdlü Sayadov Hava Musa qızı, 1983-cü il təvəllüdlü İmamverdiyev Aytən Zakir qızı və 2018-ci il təvəllüdlü İmamverdiyev Adil Xəyal oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.