-
- 27-10-2018, 10:22
- 1 884
AzTV-nin "Kinoklub"u qayıdır
Azərbaycan Televiziyasının ən məşhur layihələrindən olan "Kinoklub" verilişi uzun illərdən sonra yenidən tamaşaçıların görüşünə gələcək.
Bu haqda Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev məlumat verib:
"Bu günlərdə Azərbaycan Televiziyasında aparıcılar Dilarə Səlim və Salman Bayramovun təqdimatında yayımlanan "Görüş yeri" verilişində bir çox sevilən həmkarlarımla - Xalq artistləri Məbud Məhərrəmov, Gülyanaq Məmmədova, əməkdar artistlər Almaz Mustafayeva, Suğra Bağırzadə - bərabər qonaq oldum. Fikir verdik ki, hər birimiz vaxtı ilə "Kinoklub" verilişində çıxış etmişik. Layihəni yenidən bərpa etmək üçün telekanal rəhbərliyinə müraciət etdik və müsbət cavab aldıq. İnşallah tezliklə çəkilişlərə başlayacağıq". Qeyd edək ki, "Kinoklub" verilişi bir neçə il əvvəl bağlanıb. Azərbaycan kinosu və kino xadimlərindən bəhs edən proqram hər həftənin bazar axşamı bir saat efirdə olurdu. Klubun üzvləri olan müxtəlif kino işçiləri bir yerə toplaşaraq ömürlərini kinoya həsr edən sənətkarları və onların kino fəaliyyətlərini xatırlayırdılar. Proqramın ən uğurlu aparıcıları isə mərhum aktyor Telman Adıgözəlov və xalq artisti Ramiz Novruz olub. Daimi qonaqları arasında isə rəhmətlik xalq artistləri Nəsibə Zeynalova, Mirzə Babayev, Həsən Məmmədov, Səyavuş Aslan, Yaşar Nuri və başqalarını görmək olardı.
//baku.ws