-
- 27-10-2018, 10:28
- 1 042
Çunayev: Qələbəmi uğuruma sevinən insanlara həsr edirəm - VİDEO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 72 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Rəsul Çunayevmundialdakı çıxışı haqqında danışıb.
Titullu yunan-Roma güləşçimiz medal qazanmasında payı olan hər kəsə minnətdarlığını bildirib:
“Eldəniz medal qazanacağımı proqnozlaşdırmışdı. Onunla 10 ildir ailəvi dostuq. Bu dostluğumuz məşqlərdə başlayıb. 8 il əvvəl məhz burada Eldəniz gənclər arasında dünya çempionu olmuşdu, mən də bürünc medal qazanmışdım. Eldənizin çempionluğuna öz uğurum kimi sevinirəm. Komandamızı təbrik edirəm. Artıq iki medalımız var”
Çunayev Avropa çempionatından sonra 4 ay müalicə kursu keçdiyini bildirib:
“Şəxsi həkimlərim Cahangir Müslimzadə və İbrahim Əliyevə təşəkkürümü bildirirəm ki, onlar məni idmana qaytardılar. Son iki həftədə yığma ilə birgə məşq etmişəm. Çox çətin səbətə düşmüşdük. Ötən il iki dəfə uduzduğum İran güləşçisinə qarşı bütün gücümü qoydum və qalib gəldim. Sonra almaniyalı dünya çempionuna uduzdum. Çətin olsa da, bürünc medalı əldən vermədim. 2014-cü ildə də Avropada ikinci, dünyada üçüncü olmuşdum. Baş məşqçimiz Şaban Donata təşəkkür edirəm ki, mən Türkiyədə müalicə kursu keçəndə, sparrinq-rəqib göndərdi. Şəxsi məşqçim Fuad Rəhmani də mənimlə idi. Medal qazanmağımda payı olan hər kəsə minnətdaram”.
O bildirib ki, əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır:
“Əlimizdən gələni etməliyik ki, həm Olimpiadaya vəsiqə qazanaq, həm də dünya çempionu olaq. Ona qədər bütün problemləri həll etməliyik. 9-10 yaşımdan güləşdəyəm. Bunun 70-80 faizi müalicələrdə keçib. Buna baxmayaraq, yarışlarda ən azı bürünc medal qazanmışam. Təki sağalan zədələr olsun ki, karyeramı davam etdirə bilim. Bu gözəl bayrağımızı dalğalandırım. Ölkəmizdə güləş ənənələri var. Ardımızca gələn gənclər uğurları davam etdirməlidir. Gələn il dünya çempionatında 67 kq-da güləşməyi planlaşdırıram. Əlbəttə, çətin olacaq. Ancaq çətinlik olmasa, nailiyyət də olmaz. Uğur gələndə, çətinliklər yaddan çıxır. Bu qələbəmi uğuruma sevinən insanlara həsr edirəm”.
//oxu.az