-
- 12-04-2021, 19:15
- 703
Avtomobil yollarında svetoforlar, yol nişanlarının quraşdırılması üçün DİN-dən icazə alınacaq
Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin tətbiq olunmasına icazə verəcək səlahiyyətli orqanlar müəyyənləşib.
News24.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb. Bu orqanlar Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyidir.
Beləlikə, İnzibati Xətalar Məcəlləsinə əsasən avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı olmadan tətbiq olunmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.