-
- 11-07-2020, 13:32
- 777
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi
Daxili İşlər Nazirliyinə (DİN) yeni səlahiyyət verilib.
News24.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 10 iyul tarixli fərmanında əksini tapıb.
İndiyə qədər Bakı şəhərinin inzibti ərazisində dayanma və ya durma qaydalarını pozmağa, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə inzibati xətalar haqqında işlərə Bakı Nəqliyyat Agentliyi baxıb.
Dəyişikliyə əsasən, bu sahədə DİN-ə də müvafiq səlahiyyət verilib.
Beləliklə, DİN-in Baki şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozulmasına görə iyirmi manta, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manta, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat məbləğində cərimə etmək səlahiyyəti var.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görmək tapşırılıb.