-
- 13-04-2021, 12:14
- 469
"Bu çıxış yüz illik tariximizdə alınan siyasi qərarların izahı və təhlili idi" - MİLLƏT VƏKİLİ
“Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüzillik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu”.
Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat vurğulayıb ki, ölkə başçısının çıxışı keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də, əslində, yüzillik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi: “Cənab Prezident konseptual yanaşma, analiz–sintez və tarixi müqayisəli metodlar vasitəsilə dərin analitik təhlil apararaq, nə qədər mürəkkəb mərhələlərdən keçib, ərazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu. İstər Xalq Cümhuriyyəti, istərsə də Sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi.
Prezident İlham Əliyev Qorbaçov dönəmində - yəni 1987-ci ildə ermənilərin Qarabağ məsələsini gündəmə gətirmə cəsarəti göstərmələrini Heydər Əliyevin yoxluğunu fürsət bilmələri ilə əlaqələndirdi. Doğrudan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər. Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhv edib Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər. Tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi. Ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq”.
H.Babaoğlu qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi: “Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi eyni zamanda, erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu”.
Siyasət şöbəsi