-
- 13-08-2020, 17:15
- 975
Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir - DEPUTAT
"Hazırki mürəkkəb geostrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır".
Bunu News24.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, son hadisələr bir daha Azərbaycan Prezidenti İlham Əliyevin milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruduğunu, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirdiyini təsdiq etdi: "Elə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir. Artıq uzun müddətdir ki, Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu daim davam edib.
Hətta 1997–ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənisatana pulsuz verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyil tarixlərində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu əsla yolverilməzdir. Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. İkincisi ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil, üçüncüsü, bu ölkənin regionumuzdakı tarixi-siyasi və mənəvi məsuliyyətinə uyğun deyil. Çünki Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status–kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərabycanın milli maraqlarını görməzdən gəlməkdir ki, bunların heç birinin nə hüquqi, nə siyasi bəraəti ola bilər”.
H.Babaoğlu vurğulayıb ki, Minsk Qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlər yenilənməli və Minsk Qrupuna üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir: “Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir. Hələ Minsk Qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuş, lakin təəssüf ki, baş tutmamışdı. Ona görə də Rusiaya Federasiyası hazırki mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti daha da gərginləşdirməməli, tam əksinə problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır. İşğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki, bu da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil”.