Aleksandr Lukaşenkonun Azərbaycana səfəri BAŞLADI
    • 13-04-2021, 18:43
    • 549

Aleksandr Lukaşenkonun Azərbaycana səfəri BAŞLADI

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana gəlib.

News24.az xəbər verir ki, Belarus liderini gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında Prezident Lukaşenkonu Belarus və Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

Belarus Prezidentinin səfəri iki gün çəkəcək. /apa.az