Bu gündən Hərbi Qənimətlər Parkına giriş ÖDƏNİŞLİDİR
    • 14-04-2021, 10:28
    • 1 844

Bu gündən Hərbi Qənimətlər Parkına giriş ÖDƏNİŞLİDİR

Hərbi Qənimətlər Parkı bu gündən etibarən ziyarətçilərin üzünə açılıb.

News24.az xəbər verir ki, burada zirehli texnika, artilleriya silahları, avtomobil texnikası, qoşqular, 2 silah-sursat eksponatlar sərgisi həmçinin  düşmənin müdafiə səddi pavilyonu var. 

Hərbi Qənimətlər Parkını ziyarət etmək istəyənlər isə bunun üçün ödəniş etməlidir. 

Qiymətlər isə belədir:

Böyüklər – 2 azn
Xarici ölkə vətəndaşları - 10 azn
6 yaşına qədər uşaqlar - ödənişsiz

Ödənişsiz bilet:

Bu kateqoriyaya aid olan Azərbaycan vətəndaşları “Hərbi Qənimətlər Parkı”nı ödənişsiz ziyarət edə bilərlər: Milli Qəhrəmanlar, şəhid ailələri, uşaq evləri və internat məktəblərində yaşayan uşaqlar, Azərbaycan Respublikasının muzeylərinin əməkdaşları, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri.

Güzəştli bilet - 1 azn
Bu kateqoriyaya aid olan Azərbaycan vətəndaşları “Güzəştli bilet”ə sahib ola bilərlər: Müharibə veteranları, I və II qrup əlillər, hərbi qulluqçular, şagird, tələbə, hərbi məktəblərin müdavimləri və Azərbaycan Respublikasının yaşı 65-dən yuxarı olan vətəndaşları.

Ödənişsiz giriş günləri (bələdçi xidməti ödənişlidir)

- Hər ayın ilk cümə günü (18 yaşına qədər uşaq və gənclər, əyani təhsilli tələbələr, təqaüdçülər)
- 18 may - Muzeylər günü

Bələdçi xidməti – 10 azn
Bələdçi xidməti qrup (3 və daha çox nəfər) – 15 azn
Audiobələdçi xidməti – 5 azn