Saatlı sakinində odlu silahlar aşkarlandı
    • 14-04-2021, 15:45
    • 411

Saatlı sakinində odlu silahlar aşkarlandı

Saatlı rayon sakinindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.