Heydər Əliyevə həsr olunan müsabiqənin nəticələri açıqlanıb
    • 14-05-2018, 12:06
    • 2 277

Heydər Əliyevə həsr olunan müsabiqənin nəticələri açıqlanıb

Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub. İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb.

"News24" xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tədbirdəki çıxışında Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü işlərdən danışıb.
Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev müsabiqə barədə məlumat verib. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən 13 aprel 2018-ci il tarixində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edilib. Ümumilikdə müsabiqəyə ölkəmizdə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Bütün elmi məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub.