Yüksək mərtəbədən itələnən gənc qız öldü - VİDEO
    • 13-07-2018, 23:00
    • 788

Yüksək mərtəbədən itələnən gənc qız öldü - VİDEO

Hindistanın cənubunda yerləşən Tamil Nadu əyalətində Milli Fəlakət İdarəsinin apardığı təlim zamanı müəllim tullanmağa qorxan 19 yaşlı universitet tələbəsi olan qızı yoldaşlarının tutduğu təhlükəsizlik çadırına tullanması üçün itələyib.

Polis bildirib ki, N.Loqeşvari binadan aşağı düşərkən başı 1-ci mərtəbənin çıxıntısına dəyib və ağır yaralananan tələbə xəstəxanada dünyasını dəyişib.

Gənc qızı itələyən müəllim saxlanılıb. Universitet rəhbərliyi hadisə ilə bağlı istintaq başladıb.

Hadisənin görüntüləri sosial mediada əks-səda doğurub.

//faktxəbər