"Ramazan birlik, bərabərlik və paylaşım ayıdır"- RUHİ ƏLİYEVA
    • 15-04-2021, 18:48
    • 443

"Ramazan birlik, bərabərlik və paylaşım ayıdır"- RUHİ ƏLİYEVA

Azərbaycanın tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə növbəti “Ramazan payı” adlı xeyriyyə aksiyası keçirilib.

News24.az xəbər verir ki, iki gün davam edən aksiya çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Xırdalan şəhərlərindən olan 100 aztəminatlı ailəyə ərzaq sovqatı çatdırılıb.

Müntəzəm xeyriyyə aksiyaları həyata keçirən iş xanımı bu dəfə də insanları "Ramazan payı" ilə sevindirməkdən zövq aldığını, ruhən məmnun olduğunu deyib: "Həyatda ən böyük uğurları qazanan insanlar özünə yox deməyi bacaranlardır. Çünki insan nəfsinə qalib gəlməklə təkmilləşir, kamill olur. Bu mənada nəfsinə qələbə çalan insanların ayı olan Ramazan həm də birlik, bərabərlik və paylaşmaq ayıdır. Məhz bu səbəbdən mən də Ramazan bərəkətini sizlərlə paylaşmaq, bu müqəddəs günlərdə hər kəsin süfrəsinin bol ruzili olmasını istədim. Əlimdən gəldiyi qədər məndən dəstək gözləyənlərin yanında olmağa, onları sevindirməyə çalışdım. Allah tutduğunuz orucları və etdiyiniz duaları qəbul eləsin".