-
- 16-04-2021, 10:10
- 449
Sahibsiz itlərin vurulması zamanı güllə yarası alan 13 yaşlı oğlan öldü
Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən 15.04.2021-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə News24.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.