Prezident şanı üzümündən danışdı:
    • 16-04-2021, 17:35
    • 1 150

Prezident şanı üzümündən danışdı: "Bal kimidir" - VİDEO

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Prezident İlham Əliyev: Burada həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı.

“Bakı Abadlıq Xidməti” MMC-nin müdiri Bünyad Qasımov: 50 min ting əkmişik, davam etdiririk.

Prezident İlham Əliyev: Həmin sortdan?

Bünyad Qasımov: Hazırda dörd sort əkilib, ağ şanı da var, qara şanı da.

Prezident İlham Əliyev: Çox şirin idi, bal kimi.