Eldar Quliyev sabah DƏFN OLUNACAQ
    • 17-04-2021, 09:59
    • 665

Eldar Quliyev sabah DƏFN OLUNACAQ

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın Xalq artisti Eldar Quliyev özünün vəsiyyəti ilə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Onun dəfn mərasimi sabah baş tutacaq.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib: "Eldar Quliyevin xaricdə yaşayan qızının Bakıya gəlməsi gözlənilir, mərhumun dəfni sabah baş tutacaq”

Qeyd edək ki, Xalq artisti 80 yaşında dünyasını dəyişib.