"Yeganə təsəllim odur ki, Eldar çox gözəl və mənalı ömür yaşadı" - ŞƏFİQƏ MƏMMƏDOVA
    • 18-04-2021, 15:23
    • 510

"Yeganə təsəllim odur ki, Eldar çox gözəl və mənalı ömür yaşadı" - ŞƏFİQƏ MƏMMƏDOVA

"Bu gün biz Eldarımızla vidalaşırıq. O, Azərbaycan kinosunun böyük siması, sərvəti idi".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Şəfiqə Məmmədova deyib. O, bildirib ki, Eldar Quliyevin vəfatı Azərbaycan kinosu üçün ağır itkidir: "Yeganə təsəllim odur ki, Eldar çox gözəl və mənalı ömür yaşayıb. O, kino sənətinin vurğunu idi və öz peşəsi ilə daima qürurlanırdı. Eldar bütün nailiyyətlərini xalqımıza miras qoyub getdi. Xalqımız da hər zaman ona hörmət və ehtiramla yanaşıb. Çox istərdim ki, onun gözəl siması hər zaman ışıqlansın. Əlvida əziz, dostum".