"Çoxunu Rəhim Rəhimli bədbəxt edib" - ROZA ZƏRGƏRLİ - VİDEO
    • 19-04-2021, 11:03
    • 848

"Çoxunu Rəhim Rəhimli bədbəxt edib" - ROZA ZƏRGƏRLİ - VİDEO

Müğənni Roza Zərgərli "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olub.

News24.az xəbər verir ki, sənətçi söhbət əsnasında həmkarı Rəhim Rəhimli ilə küsülü olduğunu söyləyib: "Rəhim gözəl ifaçıdır, yaxşı aparıcı olub. Onu özümə dost sayırdım. Bir neçə il öncə gürcü müğənnisi Dato ilə konsertim baş tutacaqdı. Bir uşaq var idi, onun müalicəsinə pul yığacaqdıq. Konsertə ən yaxın həmkarlarımı dəvət elədim. Bir dostum dedi ki, bir qrup var rəqqasdırlar. İcazənlə uşaqlar konsertdə çıxsın, reklam olunsunlar. Mən də razılaşdım. Konsert bitdi, komanda ilə yığışırıq gedək yeməyə. İki oğlan yanıma yaxınlaşaraq dedi ki, qonorar vermirsiniz? Elə bildim yol pulunu istəyirlər, amma sən demə çıxışlarına görə qonorar tələb edirlər. Dostlar həll etdi. İki gün sonra getdim Bodruma, baxıram bütün hər yer yazır ki, Roza Zərgərli bizim pulumuzu atdı. Bir uşağın müalicəsinə 25 min pul verən qadın, iki nəfərə pul atıb? Dedilər ki, onları bir nəfər öyrədib. Sən demə bunu Rəhim Rəhimli edib. Fikirləşdim ki, Rəhim niyə etsin? Səsini atdılar mənə. Uşaqlara yazıb ki, o kimdi sizə pul atıb? Qalmaqalınızı edin. Gəlin onu rüsvay edin. Rəhimin səsini qulağımla eşitməsəydim, heç kim məni ondan döndərməzdi. Rəhim bunu paxıllıqdan edib. Gəldi gördü mənə olan hörməti, dostlarımın qayğısını, götürmədi. Yəqin düşünürdü ki, biabır olacam. Sənət aləmində elə adamlar var ki, onların çoxunu Rəhim bədbəxt edib. Həmin gündən mənim Rəhim Rəhimli adla dost və ifaçı yoxdur".