I sinifə qəbulla bağlı bütün suallara cavab verildi
    • 20-04-2021, 12:25
    • 400

I sinifə qəbulla bağlı bütün suallara cavab verildi

"İstər məktəbəhazırlıq qruplarına cəlb olunmuş, istərsə də cəlb olunmamış uşaqların valideynləri 29 aprelə qədər müsahibələrə yazılmalıdır”.

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

O bildirib ki, 27 apreldən ərizələrin onlayn qəbulu başlayır: “Qeydiyyat valideyn və qanuni nümayəndə tərəfindən aparıla bilər. 27 aprel, 2021-ci il, saat 11:00-da birinci sinfə qəbul elektron xidmətində şagird qeydiyyatına açılacaq. Aprelin 29-u, saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat başlanacaq. 29 aprel 2021-ci il saat 11:00-dan etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat start götürəcək”.

Məhərrəm Əliyev