Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələr yenə onlayn aparılacaq
    • 20-04-2021, 12:29
    • 417

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələr yenə onlayn aparılacaq

“8 iyun 2021-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir”. 

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov facebookda canlı yayımda deyib.

O bildirib ki, 4 may tarixindən 14 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili reallaşdırılacaq:

Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:

  • 22 may tarixindən 19 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;

 • 24 iyun 2021-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqlara valideynləri tərəfindən məktəb seçimi ilə bağlı sorğuların yerləşdirilməsi və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) tədris rus dilində aparılan birinci siniflərinə qəbulla bağlı xidməti ərazi üzrə uşaqların məktəb seçimi;

 • 24 iyun 2021-ci il saat 11:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı (ərazidə yaşamayanlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla); 

• 2 iyul 2021-ci il saat 18:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir; 

• 12 iyul 2021-ci il saat 18:00-da Təhsil Nazirliyinin birbaşa tabeliyində olan, rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat bitir. 

• 5 iyul tarixindən 15 iyul tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrin keçirilməsi; 

• 19 iyul tarixindən 14 sentyabr tarixinədək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçiminin başlaması; 

• 14 sentyabr 2021-ci il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.

Məhərrəm Əliyev