Zelenski Putini Donbassda GÖRÜŞƏ ÇAĞIRDI
    • 21-04-2021, 08:47
    • 695

Zelenski Putini Donbassda GÖRÜŞƏ ÇAĞIRDI

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putini müharibə olduğu Ukrayna Donbassının istənilən yerində görüşməyə çağırıb.

News24.az xəbər verir ki, Zelenskinin müvafiq təşəbbüsü "Telegramda" dərc olunan ölkədəki təhlükəsizlik vəziyyətinə dair müraciətində yer alıb.

O, Kiyevin Ukrayna sərhədləri yaxınlığında Rusiya qoşunlarının yerləşdirilməsindən narahat olduğunu, ölkəsinin müharibə istəmədiyini, ancaq buna hazır olduğunu qeyd edib.

Eyni zamanda Vladimir Zelenski Ukraynanın heç vaxt diplomatiya yolu ilə sülh uğrunda mübarizəni dayandırmayacağını vurğulayıb. 

V.Zelenski bildirib ki, müharibə zamanı hər iki tərəf də məğlub olur. Söhbət milyonlarla insanın həyatından gedir.