"Ağadadaş Ağayev həyatda qalmaq üçün mübarizə aparır"
    • 21-04-2021, 16:19
    • 651

"Ağadadaş Ağayev həyatda qalmaq üçün mübarizə aparır"

Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.

News24.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb: "Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib. Özümü çox pis hiss edirəm. Ona görə ki, dostumun bu ağır günündə onun yanında ola bilmirəm. Təəssüf. Belə məqamlarda yalnız və yalnız insanın dualara gücü çatır. Doğmalar pərişan, pərəstişkarlar qəmlidir. Çünki sevimli müğənniyə xəstəlik xəbəri heç yaraşmır. Biz onu toylarda görməyə adət etmişik, xəstə yatağında yox. Əslində, dərdini içində çəkən adamdır Ağadadaş. Xərçəng ona əziyyət versə də bu barədə bildirməyib heç kəsə. Öhdəsindən gələcəyini düşünüb. Məncə də gələcək. Çünki Ağadadaş Ağayev möhkəm, əzmli adamdır. Tez sağal. Sənsiz səhnəni təsəvvür etmirəm".