Koronavirusa yoluxan Əməkdar artistdən XƏBƏR VAR - FOTO
    • 22-04-2021, 10:31
    • 439

Koronavirusa yoluxan Əməkdar artistdən XƏBƏR VAR - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova koronavirusa yoluxub.

News24.az bildirir ki, xəstəxanada müalicə alan aktrisanın səhhəti yaxşılaşıb. N.Orucova artıq evə buraxılıb.

Aktrisa səhhəti ilə bağlı "İnstagram"da foto paylaşaraq bunları yazıb: "Artıq hər şey geridə qaldı. Həyat gözəldir, özünüzü və ətrafınızdakıları qoruyun".