Körpənin əli ətçəkən maşında qaldı
    • 14-07-2018, 00:16
    • 2 086

Körpənin əli ətçəkən maşında qaldı

Bakıda azyaşlının əli ətçəkən maşında qalıb.

Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ətmaşınından çıxarıblar. 


//AZXEBER.COM