"Məni bu bəlaya onlar saldı"- Baloğlan Əşrəfov virusa yoluxmaqda TELEVİZİYALARI GÜNAHLANDIRIR
    • 22-04-2021, 17:17
    • 614

"Məni bu bəlaya onlar saldı"- Baloğlan Əşrəfov virusa yoluxmaqda TELEVİZİYALARI GÜNAHLANDIRIR

Xəbər verildiyi kimi, Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Səhhəti ilə bağlı News24.az-a açıqlama verən müğənni bildirib ki, hazırda evdə müalicə alır: "Həkimlər ölməyimə icazə vermirlər, indi yanımdadırlar. Artıq 13 gündür bu vəziyyətdəyəm. Ailədə məndən başqa heç kim yoluxmayıb. Məni bu bəlaya televiziyalar saldı. Sonuncu dəfə verilişlərin birində qonaq oldum, ordakı əməkdaş yarıciddi, yarızarafat dedi ki, koronavirusam. Əvvəl çox narahat oldum, amma sonra düşündüm ki, yəqin doğrudan zarafat edir. Bilsəydim belə olacaq, ora ayağımı da qoymazdım. Efirlərdə mikrafonlar dezinfeksiya olunmur, ona görə də bu problem hələ bizim kimilərin başına çox bəlalar açacaq".