Ebru Gündeş Bakıya gəlmədən olay çıxardı – konsertdən öncə skandal
    • 29-10-2018, 11:07
    • 1 248

Ebru Gündeş Bakıya gəlmədən olay çıxardı – konsertdən öncə skandal

Türkiyənin populyar müğənnisi Ebru Gündəş noyabrın 3-ü Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Kaprizləri, konsert istəkləri ilə populyar olan ifaçı özü Bakıya gəlmədən, söz-söhbəti gəlib. Ən çox konsert verən müğənni adını alan Ebrunun konsert öncəsi maraqlı tələbləri çoxlarına bəllidir. O, səhnəyə çıxmadan kabab yemək istəyir. Bundan əlavə makiyaj edilərkən meyvə yemək onun hobbisinə çevrilib. İfaçı daha sonra çay içib, dua edərək səhnəyə çıxır. Ebrunun istəklərinə daha biri əlavə edilib. O artıq konsertində jurnalistləri görmək istəmir. Türkiyədə konsert verdiyi məkanların sahiblərinə bildirir ki, zalda jurnalist olsa, o məkanda bir daha çıxış etməyəcək. Buna səbəb isə həyat yoldaşı Rza Zərrabın həbs olunmasıdır. Müğənni əri ilə bağlı suallardan qaçmaq üçün bu addımı atır. 

Məlumat bildirək ki, İrana yönəlmiş embarqonu pozması ilə bağlı ABŞ-dakı cinayət işinin əsas fiqurlarından olan İran əsilli iş adamı Rza Zərrab hazırda həbsdədir.

ÐаÑÑинки по запÑоÑÑ ebru rza

Ebrunun mediadan qaçma taktikası Bakı konsertindən də yan keçməyib. O media nümayəndələri ilə görüşməkdən imtina edib. Amma bunun bir də əmması var.

Belə ki, Ebru konsertinə yalnız telekanallar və konsertin informasiya dəstəkçiləri buraxılacaq. Bu sözləri əməkdaşımızla söhbətində konsertin təşkilatçısı olan A.M. Prestige Production-un direktoru Leyla Xəlifəli deyib. 

Bir çox önəmli saytın, eləcə də musavat.com-un konsert haqqında xəbər yazdığını , gecəyə giriş olmayacağı barədə əvvəldən niyə məlumat verilmədiyini soruşanda isə L.Xəlifəli medianı təhqir etməkdən çəkinməyib: 

“Mən heç kəsə deyə bilmərəm ki, konsert haqqında xəbər yazma. Bu sizin hüququnuzdur. Amma hər xəbər yazan saytı ora yığa bilmərəm. Mən çox istərdim ki, Ebru xanım jurnalistlərlə görüşsün. Amma ifaçı mətbuat konfransına razı olmadı. Reportaj və material lazım olsa, mən sizə göndərərəm. Amma akkreditasiya telekanallara və dəstəkçilərə aiddir”.


Sizə tövsiyəm isə dördüncü hakimiyyət olan medianı türklər demişkən, hafifə almayın. Əgər, gördüyünüz işlərdən hər kəsin xəbərdar olmasını istəyirsinizsə, media ilə hesablaşmalısınız. 

Konsertdən öncə bütün saytlara açıqlama verib, təşkil etdiyiniz gecəni reklam edən zaman heç “hər xəbər yazan” məsələsi yadınıza düşmürdü. Kimdən necə istifadə edib, reklamı ucuza gətirməyə çalışırdınız. Yaratdığınız ayrı-seçkilik heç xoş deyil. 

Bundan əlavə, medianı təhqir etmək sizə düşməz. Bu haqqı özünüzdə necə görürsünüz, çox maraqlıdır?