-
- 23-04-2021, 11:30
- 377
"Ucuzluq Univermaq"ların işçiləri ilə əmək müqaviləsi bağlamadığı üzə çıxdı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
News24.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində və Sabunçu rayonunun Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.
Aparılan nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.
Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.
"İşçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır", - deyə Dövlət Vergi Xidməti bəyan edib.