-
- 20-11-2018, 16:24
- 1 303
Azərbaycanda işçilərin əmək müqaviləsi olmadan işlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər
Azərbaycanda işçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürlənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırıla bilər.
Bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə 2 000manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallarda hər bir belə şəxs üzrə 1 000 manat məbləğindədir.
//Report