"Azərbaycan və Ermənistan nəqliyyat, enerji dəhlizlərinin açılması üzərində işləyirlər" - ÇAVUŞOĞLU
    • 23-04-2021, 15:06
    • 360

"Azərbaycan və Ermənistan nəqliyyat, enerji dəhlizlərinin açılması üzərində işləyirlər" - ÇAVUŞOĞLU

"Azərbaycan və Ermənistan bölgədə nəqliyyat və enerji dəhlizlərinin açılması üzərində işləyirlər".

News24.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Türkiyə-Rumıniya Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında deyib.

M.Çavuşoğlunun sözlərinə görə, Ankara İrəvan və Bakının bu addımlarını dəstəkləyir: "İnanırıq ki, indi Qafqaz sabitlik, sülh və firavanlıq qurma şansına sahibdir. Çünki Azərbaycan torpaqlarını geri qaytardı".