İtaliyada antimafiya əməliyyatı - 96 nəfər həbs olundu
    • 26-04-2021, 10:44
    • 360

İtaliyada antimafiya əməliyyatı - 96 nəfər həbs olundu

İtaliyanın cənubundakı Apulia bölgəsinin inzibati mərkəzində - Bari şəhərində mütəşəkkil cinayətkarlıqla mübarizə ilə əlaqədar geniş miqyaslı əməliyyat zamanı təxminən 100 nəfər həbs olunub.

News24.az RİA-ya istinadən xəbər verir ki, anti-mafiya əməliyyatında 96 nəfər həbs olunub. 3 nəfər isə ev dustaqlığına göndərilib. 

Onların hamısı mafiya fəaliyyətində, narkotik ticarəti, pul tələb etmə, ağır bədən xəsarəti, qanunsuz silah saxlama, gəzdirmə və digər cinayətlərdə ittiham olunur.

Ümumilikdə bu iş üzrə 147 nəfər barədə istintaqişi aparılır.