DTX-dan əməliyyat: Şəmkirin icra başçısı SAXLANILDI
    • 26-04-2021, 11:55
    • 863

DTX-dan əməliyyat: Şəmkirin icra başçısı SAXLANILDI

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev və şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.

Təhsil şöbəsinə yeni təyin olunan Qüdrət Əliyevin işçilərə psixoloji təzyiq göstərdiyi və 7 nəfəri işdən çıxardığı bildirilir.