-
- 29-10-2018, 14:40
- 2 360
Plasebo efekti nədir? - Düşüncə gücü ilə sağlamlıq və ölüm
Plasebo– psixoloji təsir nəticəsində fizioloji dəyişmədir. Plasebo daha çox içi boş dərmanlar kimi tanınır. Plasebo "mütəxəssis tərəfindən müalicə edilən vəziyyət üçün xüsusi bir təsir göstərməyəcəyi müəyyən olunan və simvolik təsir üçün istifadə edilən bir müalicə forması, ya da müalicə prosesini sürətləndirən bir vasitə"dir.
News24.az xəbər verir ki, Plasebo təkcə xəstələrə heç bir təsirə malik olmayan dərman vermək demək deyil. Bununla bərabər dəstək, qayğı və güvən duyğusu da aşılanarsa müsbət nəticə əldə etmək olar. Plasebo effekti xəstəlikdən xəstəliyə,insandan insana fərqli nəticələr göstərə bildiyinə görə onun effekti haqqında dəqiq məlumat vermək hələ ki, qeyri-mümkün hesab olunur. Müsbət nəticələri danılmasa da plasebo effektiv bir müalicə metodu kimi bütün dünyada qəbul olunmamışdır və ölüm riskinin olduğu vəziyyətlərdə sınanılmaması məsləhət görülür.
"Sağalacığına həqiqətən inanan insanlar sağalır" deyirlər. Dəfələrlə xərçənglə mübarizədə qalib gələn, sonda sağlam bir şəkildə sevdiklərini qucaqlayaraq həyatına davam edən insanların hekayəsini eşitmişik. Gündəlik həyatda kimisi buna beyin gücü adını verir, kimisi inam, kimisi qismət... Adı nə olursa olsun, insanlar hər zaman əhval-ruhiyyəsini yüksək tutacaq, onları hər şeyin yaxşı olacağına inandıracaq bu "inamın", "gücün" varlığına ehtiyac duyurlar. Bir güc. Bir dərman. Bəs bu dərman sadəcə şəkərdən ibarətdirsə?
Hazırki dövrdə xəstəliyin nə dərəcədə ağır olmasından asılı olmayaraq inamın, pozitiv əhval ruhiyyənin insanın immun sisteminə müsbət təsir göstərdiyi hamıya məlumdur. İstər xəstənin müalicə müddətində həkimi və yaxınları tərəfindən gördüyü qayğı, istərsə də sağalacağı haqda fikirlər, ümidlər, qəbul etdiyi dərmanlardan asılı olmayaraq xəstənin vəziyyətinə müsbət təsir göstərir. Buna görə də elm adamları müxtəlif dərman preparatlarının təsir gücünü yoxlayan zaman onları dərmana bənzəyən, amma əslində sadəcə şəkərdən ibarət maddə ilə müqayisə edirlər. Əgər adi, əslində heç bir bioloji təsirə malik olmayan maddə sırf "dərman" adı ilə xəstəyə təqdim olunduğuna görə əsl dərman preparatı ilə eyni nəticəni göstərirsə, onda elm adamları bu dərmanı yararsız hesab edir. Məhz həmin dərmana bənzəyən şəkər tərkibli maddələr plasebo adlanır. Qeyd etmək lazımdır ki, plasebolar bioloji xarakterli xəstəliklərdə deyil, depressiya kimi psixoloji xəstəliklərdə faydalı hesab olunur. Bəzi tədqiqatçılar plasebo effektini şərti reflekslə əlaqələndirir, bəziləri isə "xoşbəxtlik hormonu" olan endofrin sintezinin sürətlənməsi ilə.
Bir sıra elm adamları belə heab edirlər ki, orqanizm plasebonu dərman preparatı kimi qəbul etdiyindən, əsl dərman preparatına necə cavab reaksiyası verirsə, eynilə plasebo adlanan şəkər tərkibli maddəyə də bu cür cavab verir. Bir sıra tədqiqatlar bu fərziyyənin doğruluğunu təsdiqləyir. Belə ki, bəzi insanların beyni plasebo qəbulundan sonra eynilə gerçək dərman preparatlarını qəbul etdikdən sonrakı prosesləri təkrarlayır. Ancaq bu fərziyyə placebo effektini üstün idrak proseslərindən ayıraraq, avtomatik bir refleks forması ilə əlaqələndirir. Halbuki, sözü gedən hislər, gözləntilər, ümidlər, inanclar beyinlə əlaqəli proseslər olduğundan onları sadəcə şərti reflekslə izah etmək qeyri-adekvat hesab olunur.
Lakin Plasebo təkcə müsbət nəticə vermir. Belə ki, 1990-ci illərdə Maşınqayırma fabrikində çalışan fəhlə, öz dostu ilə zarafat etmək üçün dəmir disklərinin birini rezin disklə əvəz edir, lakin onun dəmirdən seçilməməsi üçün onu həmin rəngdə rəngləyir. Lakin, zarafatın sonu dostunun ölümü ilə bitir. Belə ki, iş zamanı rezin disk sürüşür və fəhlənin başına dəyir. Fəhlə elə bilir ki, disk həqiqətən də dəmirdəndir və onun ürəyi bu qorxudan dayanır. Ən qəribəsi odur ki, həqiqətən də fəhlənin başında qalan iz dəmir diskdən zədələnmiş formada idi. Fəhləni öldürən disk özü olmamışdı, bu haqda fikri olmuşdu.