“Azərsu”nun əməkdaşı ilə dalaşan qadın ÖZÜNÜ BIÇAQLADI - FOTO
    • 27-04-2021, 15:51
    • 394

“Azərsu”nun əməkdaşı ilə dalaşan qadın ÖZÜNÜ BIÇAQLADI - FOTO

Bu gün Qax şəhərində qanlı insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında, “Azərsu” ASC-nin əməkdaşı Elçin adlı şəxslə şəhər sakini Musayeva Firəngiz Ziyəddin qızı arasında baş verib.

Qax şəhəri Nəriman Nərimanov küçəsi, bina 1, blok 2, mənzil 7-də baş verən mübahisə zamanı M.Firəngiz bıçaqla özünə xəsarət yetirib. 

Qeyd edək ki, məsələ ilə bağlı ətraflı məlumat öyrənmək üçün “Azərsu” ASC-nin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.