-
- 27-04-2021, 16:48
- 505
Azərbaycan və Serbiya arasında əməkdaşlıq müzakirə olunur
Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən ilə genişlənir. Bu sahədə pozitiv göstərici kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 6,3% artım qeydə alınıb.
News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Serbiyanın xarici işlər naziri və Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə onlayn formatda görüşündə bildirib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfəri vurğulayan nazir ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edildiyini diqqətə çatdırıb. Sahil Babayev erməni təcavüzünün ağır nəticələri barədə məlumat verib, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərindən bəhs edib.
Serbiya ilə əlaqələrin inkişafını qeyd edən nazir hələ 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın ötən dövrdə fəaliyyətini diqqətə çatdıran Sahil Babayev Serbiya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini vurğulayıb. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb etdiyini deyib.
Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini qeyd edib. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyini, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin gələcəkdə də daim inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Serbiya arasında arasında gələcək əməkdaşlıq prioritetləri, Hökümətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.