-
- 28-04-2021, 18:12
- 606
Zərifə Əliyevanın 98-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
News24.az xəbər verir ki, elmi-praktik konfransda ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Elmi-praktik konfransda Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
Konfransda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.