Özü deyib, özü əl çalan Alimpaşa – VİDEO
    • 29-04-2021, 14:43
    • 516

Özü deyib, özü əl çalan Alimpaşa – VİDEO

DTX-nin keçirdiyi əməliyyat nəticəsində külli miqdarda rüşvət, korrupsiya və digər əməllərdə ittiham edilərək, barəsində həbs seçilən Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun sosial şəbəkələrdə maraqlı videoları yayılmaqdadır.

Türkiyə lideri Ərdoğanın Bakıda keçirilən Zəfər paradındakı çıxışı zamanı dediyi bayatını qışqıra-qışqıra təkrarlayıb, sonra da əl çalan sabiq başçının yas mərasimində “tərbiyəvi-didaktik” çıxışının ardınca özünün pandemiya dövründə mərasim keçirməsini əks etdirən görüntülər qarşılaşdırılıb.

Sözügedən videolardan bəzilərini təqdim edirik: