Bakıda ağır qəza: YPX avtomobili 2 yük maşınına çırpıldı
    • 30-10-2018, 10:31
    • 1 522

Bakıda ağır qəza: YPX avtomobili 2 yük maşınına çırpıldı

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.

Qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.

Hadisə zamanı ölən və yaralananlar haqqında məlumat yoxdur.

//Baku.ws