-
- 30-04-2021, 23:29
- 671
Azad Rəhimovun nəşi Bakıya gətirildi - YENİLƏNDİ
ABŞ-da vəfat edən Gənclər və İdman naziri Azad Rəhimovun nəşi artıq Bakıya gətirilib.
A. Rəhimov sabah dəfn ediləcək. /Unikal.org/
A. Rəhimov sabah dəfn ediləcək. /Unikal.org/
***23.30
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova öz Facebook səhifəsində paylaşım edib. O yazıb:
News24.az xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova öz Facebook səhifəsində paylaşım edib. O yazıb:
"Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: "Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var". yazmışdım. Cavabı: "Gözlə. Gələcəm."olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü, əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!"
Xatırladaq ki, bu gün Azad Rəhimovun vəfatı ilə bağlı xeyli ziddiyyətli xəbərlər dolaşırdı. Milli Olimpiya Komitəsi onun vəfatı ilə bağlı yaydığı məlumatı az sonra sosial şəbəkə hesabından silmişdi. Səmayə Məmmədova isə nazirin vəfatı barədə məlumatların yalan, səhhətinin isə ağır olduğunu bildirmişdi.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 134 saylı məktəbdə aldıqdan sonra 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayan Azad Rəhimov 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində çalışıb. O, 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.
Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı il 17-19 iyun tarixlərində Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və s. kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.