İranda kimyəvi zavodda yanğın - XƏSARƏT ALANLAR VAR - VİDEO
    • 2-05-2021, 16:09
    • 477

İranda kimyəvi zavodda yanğın - XƏSARƏT ALANLAR VAR - VİDEO

İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğın baş verib. 

News24.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Şahidlərin sözlərinə görə, yanğından sonra partlayış səsləri eşidilib. 

Yanğın baş verən əraziyə 150 yanğınsöndürən və 20 avtomobil cəlb edilib. 

Zavodun bir hissəsi təxliyə edilib. Yanğın zamanı 2 avtomobil və 2 yanğınsöndürmə briqadasının əməkdaşə xəsarət alıb.